Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Əziz həmvətənlər,
Aprelin 6-da parlamentdə keçirilən brifinq zamanı Ermənistan Silahlı Qüvvələrində böyük oğlumun xidmət etməməsi ilə bağlı jurnalistin sualına cavabımda məqsədim Ermənistanın qanunvericiliyində təhsilin və elmi fəaliyyətin nə qədər dəyərləndirildiyini vurğulamaq idi. Dövlətə elmi potensialı ilə xidmət etmək istəyən şəxslərə belə imkan verilir.
İki oğlumdan böyüyü bütün təhsil mərhələlərini keçib və elmi fəaliyyətlə məşğuldur, kiçik oğlum isə Ermənistan Silahlı Qüvvələrində xidmət edib və 44 günlük müharibədə iştirak edib.
Cavabımın mübahisələrə və müxtəlif yozumlara səbəb olmasına görə təəssüf edirəm və buna görə üzr istəyirəm”, - deyə o bildirib.
Xatırladaq ki, bir gün əvvəl Andranik Köçəryan jurnalistlərdən birinə müraciətlə demişdi: “Mənim oğlum çox yüksək səviyyəli oğlandır, siz onun biliyi qədər biliyə malik olsaydınız, siz də xidmət etməzdiniz”.
Bundan sonra Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Andranik Köçəryanın hərbi xidmətdən azadolma ilə bağlı açıqlamasını tənqid edib: “Bu gün Andranik Köçəryanın səsləndirdiyi ehtiyatsız ifadə məni çox kədərləndirdi və bir daha vurğulamaq istəyirəm ki, Ermənistan ordusunda xidmət edənlər bizim ləyaqətli və işıqlı gənclərimizdir. Onlar təhsildən əvvəl də vətən qarşısında borclarını yerinə yetirməyi seçirlər.
Orduda xidmət etmək şərəfdir və həyatın böyük məktəbidir, bunu başqa heç nə əvəz edə bilməz.
Bütün əsgərlərimizə uğurlu xidmət, gənclərimizə isə uğurlu təhsil arzulayıram, onların hamısı ölkəmizin qürurudur”.
Alpər Mövludoğlu
Ordu.az