Müharibənin başlanmasından etibarən Ermənistan ərazisi vasitəsilə Rusiyaya 509 Rusiya vətəndaşı qayıdıb

2026/04/1775489688.jpg
Oxunub: 343     10:50     07 Aprel 2026    
“Buşehr” AES-in təxliyə olunmuş əməkdaşları qrupunun tərkibində İrandan Ermənistana gələn 175 Rusiya vətəndaşı bazar ertəsi İrəvandan Moskvaya yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 6-da “Buşehr” AES-in təxliyə olunmuş əməkdaşlarının növbəti qrupunun tərkibində “Norduz”/“Aqarak” keçid məntəqəsi vasitəsilə İrandan Ermənistana gələn daha 175 Rusiya vətəndaşı xüsusi reyslə İrəvandan Moskvaya yola düşüb.

Qeyd olunur ki, rus diplomatlarının və erməni nümayəndələrinin koordinasiyalı səyləri nəticəsində, İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatlarının başlanmasından etibarən Ermənistan vasitəsilə ümumilikdə 509 Rusiya vətəndaşı vətənə qayıdıb. Rusiya səfirliyindən bildirilib ki, Ermənistan Respublikasının hakimiyyətinə göstərilən xoş münasibətə və “Rosatom” dövlət korporasiyasının əməkdaşlarının girişinin operativ təşkilinə görə dərin təşəkkür ifadə olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin