Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan hökuməti məlumat yayıb.
“Diqqət nəqliyyat və tranzit əməkdaşlığı məsələsinə yönəldilib. Orta Dəhlizin statusunun möhkəmləndirilməsi üçün bu il Qazaxıstan və Azərbaycan arasında hökumətlərarası sazişin imzalanması planlaşdırılır. Oljas Bektenov Zəngəzur dəhlizinin açılmasını nəzərə alaraq Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta dəhliz, “Trans-Caspian International”) daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə yaradılmış Türk Dövlətləri Təşkilatının rəqəmsal monitorinq mərkəzi Orta Dəhlizin inkişafına əlavə təkan verə bilər. Bu baxımdan dərhal xüsusi işçi qrupunun yaradılması təklif olunub”, - deyə Qazaxıstan hökumətinin mətbuata açıqlamasında bildirilir.
Alpər Mövludoğlu
Ordu.az