Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
“Joğovurd” qəzetinin hakimiyyətə yaxın mənbələri bildirir ki, ötən gün parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının iclasında, daha sonra isə brifinq zamanı Hayk Sarkisyanın açıqlamaları “Vətəndaş Müqaviləsi” rəhbərliyini narahat etməyə başlayıb.
“Məsələ ondadır ki, Hayk Sarkisyan Andranik Köçəryanı ittiham edib, daha sonra isə Suren Papikyanı orduda mövcud problemləri gündəmə gətirərək tənqid edib”, - deyə nəşr qeyd edib.
Nəşrin mənbələrinin məlumatına görə, onun açıqlamaları fraksiya daxilində qəbul olunmuş çərçivələri aşaraq hakimiyyətin müxtəlif səviyyələrində müzakirə mövzusuna çevrilib.
“Hayk Sarkisyan dolayısı ilə Alen Simonyanı da layihələrinin uğursuzluğa düçar olmasında ittiham edib və bildirib ki, guya “baş naziri üstümüzə gətirirsiniz” deyirlər.
Yəni baş nazir Hayk Sarkisyanı dəstəkləyir, lakin Alen Simonyanı cəzalandırmır.
Bu mövzu ilə bağlı fraksiya bir neçə qrupa bölünüb: bir qrup daxili müzakirələrdə Sarkisyanı müdafiə edənlərdir, digər qrup hesab edir ki, seçkiqabağı mərhələdə Hayk Sarkisyanın belə qalmaqallı açıqlamalar verməsi düzgün deyildi, bir hissə isə düşünür ki, partiyadaxili intriqalara görə Köçəryan və Simonyan cəzalandırılmalıdır.
Qeyd edək ki, Hayk Sarkisyan çıxışlarında açıq şəkildə bildirir ki, Nikol Paşinyan onun “arxasında dayanır” və onun fəaliyyətinə qarşı açıq şəkildə maneələr Alen Simonyan və Andranik Köçəryan tərəfindən yaradılır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az