Hikmət Hacıyev WUF13 çərçivəsində Gəncə ilə bağlı video paylaşıb

2025/12/1764577826.jpg
Oxunub: 447     08:11     07 Aprel 2026    
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "AnewZ" telekanalının Gəncə haqqında hazırlanmış süjetini paylaşıb.

Ordu.az-ın məlumatına görə, videoda Gəncə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik ən qədim şəhərlərindən biri kimi təqdim olunur.

Qeyd olunur ki, şəhər görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin yurdudur, elm, təhsil və ədəbiyyatın inkişafında mühüm rol oynayıb.

Gəncənin əsrlər boyu İpək Yolu üzərində mühüm mərkəz olduğu, bilik mübadiləsinə və multikultural mühitin inkişafına töhfə verdiyi vurğulanır.

Bundan əlavə, videoda 1918-ci ildə Gəncənin Şərqdə ilk parlamentli demokratik respublikanın paytaxtı olduğu qeyd edilir.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev   WUF13  


Bizi "telegram"da izləyin