Ordu.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Bolqarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Can Azərbaycanın Sofiyaya yeni təyin olunmuş səfiri cənab Elmar Məmmədovla bir araya gəlməkdən məmnunluq duyduq", - paylaşımda qeyd olunub. Paylaşımda əlavə edilib ki, dünyanın hər yerində olduğu kimi, səfirlər Bolqarıstanda da fəaliyyətlərini "bir millət iki dövlət" şüarı ilə həyata keçirəcəklər:
"İlk nəzakət ziyarətini səfirliyimizə edən Məmmədova təşəkkür edir, fəaliyyətində uğurlar arzulayırıq".
Ordu.az