Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
“Zəngəzur dəhlizi vasitəsilə biz Xəzər dənizinin dar hissəsindəki yükü azaldacağıq. Biz Qarsdan başlayıb Dilucada başa çatacaq 224 kilometrlik dəmir yolu layihəsi üçün tender elan etmişik. Naxçıvan hissəsinin bir qismi artıq hazırdır, qalan hissəni isə Azərbaycan tikir.
İstanbuldan İzmirə qədər avtomobil yolu 420 kilometr uzunluğa malikdir. Həmin yolun tikintisi zamanı onun ətrafında 12 təşkil olunmuş sənaye zonası yaradılıb. Zəngəzur dəhlizi də oxşar ekosistem təqdim edəcək”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az