Ermənistanda 44 günlük müharibə iştirakçısı ölüb

2026/04/1775504575.jpg
Oxunub: 447     23:41     06 Aprel 2026    
Aprelin 3-də Göyçə vilayətində yeni tikilən “Lilake” otelində aparılan tikinti işləri zamanı 44 günlük müharibənin erməni iştirakçısı hündürlükdən yıxılaraq ölüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmin gün saat 15:20 radələrində bir nəfər ölü vəziyyətdə “Sevan” tibb mərkəzinə çatdırılıb.

Hadisə yerində polis müəyyən edib ki, ölən şəxs Şirak vilayətində qeydiyyatda olan 24 yaşlı Ağasi S.-dir. O, genişləndirilmiş Göyçə icmasının istirahət zonasında yerləşən İkinci küçə 5/9 ünvanındakı yeni tikilən “Lilake” otelində tikinti işləri apararkən hündürlükdən yıxılması nəticəsində xəstəxanaya çatdırılıb.

Faktla bağlı Göyçə istintaq şöbəsində əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ölüm  


Bizi "telegram"da izləyin