Ordu.az Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, görüş barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İvanişvili bildirib ki, Gürcüstan ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir.
O, iki ölkə arasında dərin və hərtərəfli iqtisadi əlaqələrin əhəmiyyətini və tranzit dəhlizinin maksimum istifadə potensialını vurğulayıb.
Görüş zamanı enerji sahəsində sıx əməkdaşlıq, həmçinin Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi nəqliyyat və enerji layihələri müzakirə olunub. Xüsusilə, regionda əlaqələrin təmin edilməsində mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu qeyd edilib.
Qeyd edilib ki, İlham Əliyev də ikitərəfli layihələrin, enerji dəhlizinin əhəmiyyətini və Azərbaycanın təbii ehtiyatlarının ixracında Gürcüstanın fəal iştirakını vurğulayıb.
Görüşdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze də iştirak edib.
Alpər Mövludoğlu
Ordu.az