Ermənistan İqtisadiyyat Nazirliyi: Növbə dəyişdirilməsi zamanı təsadüfi atəş açılıb

2026/04/1775494707.jpg
Oxunub: 421     20:52     06 Aprel 2026    
Ermənistan İqtisadiyyat Nazirliyi bu gün baş vermiş atəşlə bağlı açıqlama yayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Medianın sorğularına cavab olaraq bildiririk ki, bu gün saat 16:56-da tibbi mərkəzdən DİN-in 112 operativ idarəetmə mərkəzinə məlumat daxil olub ki, təcili yardım briqadası “sol baldırın ön səthinin güllə yarası” diaqnozu ilə bir nəfəri xəstəxanaya çatdırıb.

İlkin məlumata görə, Ermənistan İqtisadiyyat Nazirliyinin özəl mühafizə şirkətinin əməkdaşı növbəni qəbul-təhvil verərkən ona təhkim olunmuş silahdan təsadüfi atəş açıb.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir”, - deyə açıqlamada bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Atışma  


Bizi "telegram"da izləyin