Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Təxminən saat 18:00 radələrində İrəvanın 103 təcili tibbi yardım briqadası hadisə yerindən bir vətəndaşı Heratsi adına 1 saylı Universitet Xəstəxanasına çatdırıb.
Məlumata görə, hazırda hadisə yerinə və xəstəxanaya Ermənistan Daxili İşlər Nazirliyinin polisinin İcma Polisi Baş İdarəsinin Mərkəzi şöbəsinin və Ermənistan DİN polisinin Cinayət Polisi Baş İdarəsinin İrəvan şəhər Cinayət İdarəsinin əməkdaşları yollanıb.
Hadisə yerində müəyyən edilib ki, yaralı təxminən 21 yaşlı gəncdir və sol baldır nahiyəsində güllə yarası alıb.
Fakt üzrə polis tərəfindən Mərkəzi şöbədə sənədlər tərtib olunub və onlar Ermənistan İstintaq Komitəsinin İrəvan şəhər İstintaq İdarəsinin Mərkəz və Nork-Maraş inzibati rayonları üzrə 1-ci istintaq şöbəsinə təqdim edilib.
Məlumata görə, yaralı 21 yaşlı Suren Rusyandır.
***
Ermənistan İqtisadiyyat Nazirliyinin binası qarşısında atışma baş verib, nəticədə bir nəfər yaralanıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat yayıb.
İlkin məlumatlara görə, Ermənistan İqtisadiyyat Nazirliyinin özəl mühafizə şirkətinin əməkdaşı, 21 yaşlı Suren Rusyan sol ayağından yaralanıb.
Bildirilib ki, hadisənin təfərrüatları müəyyənləşdirilir.
Alpər Mövludoğlu
Ordu.az