“Güclü Ermənistan” ilə ittifaq baş tutmadı, “Erməni Milli Konqresi” seçkilərdə ayrıca iştirak edəcək - BƏYANAT

2026/04/1775489688.jpg
Oxunub: 390     19:30     06 Aprel 2026    
“Erməni Milli Konqresi” partiyası Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” ilə qarşıdan gələn seçkilərdə ölkəni məhvə aparan rejimə qarşı geniş ittifaq yaratmaq üçün bütün zəruri səyləri göstərib”.

Ordu.az xəbər verir ki, bu barədə “Erməni Milli Konqresi” partiyası bəyanat yayıb.

“Biz maksimum çeviklik nümayiş etdirdik və ittifaqın yaradılması üçün heç bir ilkin şərt irəli sürmədik. Bizdən asılı olmayan səbəblərə görə bu ittifaq baş tutmadı.

“Erməni Milli Konqresi” buna görə seçkilərdə ayrıca iştirak edəcək, eyni zamanda həm “Güclü Ermənistan”, həm də digər müxalif siyasi qüvvələrlə həm seçki dövründə, həm də seçkilərdən sonra parlamentdə koalisiya yaratmaq və ölkəni qarşıda duran təhlükələrdən xilas etmək üçün əməkdaşlığa hazırdır”, - deyə bəyanatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin