Paşinyanın sədrliyi ilə keçirilən iclasda Avropa siyasi birliyinin 8-ci sammitinin təşkili və keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub

2026/04/1775482244.jpg
Oxunub: 437     17:29     06 Aprel 2026    
Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda Avropa siyasi birliyinin (EPC) 8-ci sammitinin təşkili və keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paşinyan bildirib ki, mayın 4-də İrəvanda keçiriləcək Avropa siyasi birliyinin sammiti genişmiqyaslı tədbirdir və Ermənistanın beynəlxalq nüfuzu üçün böyük siyasi əhəmiyyət daşıyır.

“Paşinyan vurğulayıb ki, sammitin yüksək səviyyədə təşkili və keçirilməsi üçün bu müddət ərzində böyük işlər görülüb və bugünkü iclas artıq görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Baş nazirin aparat rəhbəri, Avropa siyasi birliyinin 8-ci sammitinin təşkili üzrə komitənin sədri Arayik Harutyunyan öz növbəsində bildirib ki, hazırlıq işləri yekun mərhələyə yaxınlaşır və bu iclasın məqsədi görülmüş işləri təqdim etmək, ölkə rəhbərinin qeydlərini və təkliflərini dinləməkdir.

Daha sonra tədbirin konsepsiyasının hazırlanması və konseptual planlaşdırma ilə bağlı təfərrüatlar təqdim olunub. Digər məzmun və təşkilati məsələlərə, o cümlədən infrastruktur və texniki təminata, logistikanın təmin olunmasına da toxunulub. Bu məsələlər ətrafında müzakirələr aparılıb.

Baş nazir bir daha sammitin yüksək səviyyədə təşkilinin və keçirilməsinin vacibliyini vurğulayıb, müxtəlif istiqamətlər üzrə gələcək işlərlə bağlı konkret tapşırıqlar verib. Nikol Paşinyan görülmüş işlərin təqdim olunmasını tapşırıb”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin