“TRIPP ilə bağlı vəziyyət bizə hazırda müəyyən üstünlük verib” - Köçəryan

2026/04/Ekran-1775479940.jpg
Oxunub: 457     16:51     06 Aprel 2026    
“TRIPP (Zəngəzur dəhlizi-red.) ilə bağlı vəziyyət bizə hazırda müəyyən üstünlük verib, sərhədimizdə atəş yoxdur. Raketlər hər yerdə uçur, amma sərhədimizin bu tərəfində vəziyyət sakitdir, lakin bu dəyişə bilər”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan İranda mövcud vəziyyət və bunun TRIPP-in həyata keçirilməsinə təsiri barədə danışarkən deyib.

“Biz hər gün hər şeyi etməliyik ki, Silahlı Qüvvələrimizin qarşıya qoyduğu məqsədlər öz həllini tapsın. Bu həlləri isə orduya əsgər verən, ölkəyə həmin əsgəri təmin etmək imkanı yaradan xalq verir”, - deyə o bildirib.

Köçəryanın sözlərinə görə, istənilən imzalanmış sənəd pozula bilər, buna görə də elə təhlükəsizlik mühiti yaratmaq lazımdır ki, onu pozmaq çətin olsun və dövlət öz təhlükəsizliyinin təminatçısı olmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   TRIPP  


Bizi "telegram"da izləyin