Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Hayk Sarkisyanın hələ 2019-cu ildə bu məsələnin həllini təklif etdiyi və əsgərlərin hər gün çimməli olduğu barədə açıqlamasına münasibət bildirərkən deyib.
Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinin də həftədə bir dəfə çimməsi ilə bağlı təklifə münasibət bildirən Köçəryan deyib: “Hayk Sarkisyanın dediklərini şərh etmək istəmirəm. Yaxşı olar ki, hər gün duş qəbul etsinlər, xüsusilə də səhər açıldıqda və məşqlərə başlamalı olduqları vaxt. Məşqdən sonra onlar bədəni mütləq yuyunmağa məruz qoymalıdırlar, indi isə duşun müxtəlif növləri var: soyuq duş, isti duş. Biz çalışırıq ki, hərbi hissələrdə hovuzlar olsun, amma bu, duş demək deyil. Həftəlik duş əsasdır, bir gün ərzində insan bədəni tam şəkildə istilik və sanitar təmizlənmədən keçir, alt paltarları dəyişdirilir və hər şey yenilənir. Bu, təkcə duş deyil”.
Alpər Mövludoğlu
Ordu.az