“Baş naziri üstümüzə gətirirsən?” - Erməni deputat bu ifadəni niyə açıqladığını izah edib

2026/04/Ekran-1775477923.jpg
Oxunub: 392     16:08     06 Aprel 2026    
“Vətəndaş Müqaviləsi” partiyasının qapalı iclasında baş verənlər qapalı iclasda qalmalıdır”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində parlamentin “Vətəndaş Müqaviləsi” partiyasından deputatı Hayk Sarkisyan bir qədər əvvəl parlamentin müdafiə məsələləri komissiyasında “Vətəndaş Müqaviləsi”nin qapalı iclasında “baş naziri üstümüzə gətirirsən?” deyildiyinə münasibət bildirərkən deyib.

“Bunu demək lazım idi ki, insanlar gedib Haykın Nikol Paşinyana qarşı çıxdığını deməsinlər, intriqalar qurmağa çalışmasınlar və s. Buna görə dedim”, - deyə o bildirib.

“Vətəndaş Müqaviləsi”nin onu mandatdan imtina etməyə məcbur edə biləcəyi mərhələnin mümkün olub-olmaması ilə bağlı suala Hayk Sarkisyan qısa cavab verib: “Belə ssenarini nəzərdən keçirmirəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin