Qazaxıstan Ermənistan dəmir yollarının Rusiya konsessiyasını almaq üzrə danışıqlar aparmadığını bildirib

2021/10/abb3b-1634802483.jpg
Oxunub: 604     15:55     06 Aprel 2026    
Qazaxıstan tərəfi hazırda Ermənistan dəmir yollarının Rusiya konsessiyasını əldə etmək üzrə danışıqlar aparmır.

Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks-Qazaxıstan”a Qazaxıstanın “Temir Joli” ASC və ölkənin nəqliyyat nazirliyi məlumat yayıb.

Daha əvvəl Rusiya nəqliyyat naziri Andrey Nikitin də bildirmişdi ki, Rusiya Ermənistan dəmir yollarının idarə olunması konsessiyasını Qazaxıstana vermək barədə danışıqlar aparmır.

2025-ci il dekabrın ayında Ermənistan Baş naziri Nikol Paşinyan rus tərəfdaşlardan qısa müddətdə Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolu xətlərinin bərpasını xahiş etmişdi. Bu xətlər Ermənistan və ABŞ-nin “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) birgə nəqliyyat layihəsi üçün vacibdir. Martın əvvəlində Ermənistanın Baş naziri bildirmişdi ki, dəmir yolunun idarə edilməsinin başqa ölkəyə, məsələn Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərə verilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparılır. Martın 26-da Paşinyan ümid etdiyini bildirmişdi ki, Rusiya və Ermənistan idarəetmənin qazax tərəfinə verilməsi ilə bağlı razılığa gələcək, lakin Rusiya tərəfi hələlik bu variantı təsdiqləməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Ermənistan  


Bizi "telegram"da izləyin