Erməni deputat: “Son iki ildə çağırışçıların sayı artır”

2026/04/Ekran-1775476432.jpg
Oxunub: 355     15:48     06 Aprel 2026    
“Son iki ildə çağırışçıların sayı artır”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib.

“Bu nə ilə bağlıdır? İndi deyəcəklər ki, sülh ilə bağlıdır, bəlkə də belədir. Amma həm də qəbul etdiyimiz qanunlarla bağlıdır, onlar mühiti dəyişir və məhz bu mühit analara əminlik yaradır ki, ordunun daxilində mövcud olan və davam edən problemlər artıq dayandırılıb”, - deyə Köçəryan bildirib.

Onun sözlərinə görə, orduda ölüm hallarının sayı da azalıb, halbuki problemlər mövcuddur və qapalı müzakirələr zamanı həmin problemlərin həlli də müzakirə olunur.

“Sülhün hər günü qanunvericilikdən başlayaraq təhlükəsizlik baxımından bizi daha yüksək səviyyəyə qaldıracaq proqramların həyata keçirilməsi ilə müşayiət olunmalıdır”, - deyə erməni deputat əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan  


Bizi "telegram"da izləyin