“Putinə də bəzən yanlış məlumat verilmiş ola bilər” - Köçəryan

2026/04/Ekran-1775476314.jpg
Oxunub: 397     15:39     06 Aprel 2026    
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlər dondurulub”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan KTMT-dən çıxmaq barədə qərarın qəbul edilə biləcəyi mərhələnin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Heç vaxt demə. Mən bilmirəm. Dünya çox narahatdır. Burada məsələ KTMT ilə bağlı deyil. Ölkəmizin təhlükəsizliyi, dövlətin maraqları addımlarımızın ardıcıllığını müəyyən etməlidir… KTMT isə, son nəticədə, KTMT kimi çıxış etməli olduğu vaxt mövcud idimi?

Moskvada KTMT ilə bağlı müzakirələr zamanı KTMT ilə fəaliyyətlərin Qarabağdakı vəziyyətlə əlaqələndirilməsinə cəhd edilirdi, lakin Ermənistanın sərhədləri ilə bağlı KTMT-nin görməli olduğu iş var idi və bunu etmədi.

Problemimiz Ermənistan sərhədlərindəki vəziyyətdən yaranıb, biz 2-3 dəfə KTMT-dən dəstək istəmişik. Bu dəstək isə şifahi bəyanatlardan başqa heç bir perspektivə malik olmayıb”, - deyə o bildirib.

Rusiya Prezidenti Vladimir Putinin bu qarışıqlığının haradan qaynaqlandığı ilə bağlı suala Andranik Köçəryan belə cavab verib: “Cənab Putinə də bəzən yanlış məlumat verilmiş ola bilər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin