Erməni deputat: “Rəqibin ordumuzun sayını biləcəyi fikri 2020-ci ildə dağıldı, Azərbaycan bütün hərəkətlərimizi izləyirdi”

2026/04/Ekran-1775473897.jpg
Oxunub: 405     15:21     06 Aprel 2026    
“2019-cu ildə mən deyəndə ki, ordumuzun sayı 44 mindən 25 minə düşüb, Baş Qərargah və Müdafiə Nazirliyi deyirdi ki, indi rəqib biləcək ki, say azalıb, bu nə edir Sarkisyan Hayk? Mən də dedim ki, bizim problemimiz var, onu səsləndirməliyik ki, həll edək”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hayk Sarkisyan bildirib.

“Əgər problemi səsləndirmirsənsə, onu həll edə bilməzsən. Bir neçə ay sonra nə baş verdi? 2020-ci ilin fəlakətli müharibəsi baş verdi və müharibədən sonra keçmiş müdafiə naziri də dedi ki, bütün müharibə boyu Azərbaycan 24/7 rejimində bütün hərəkətlərimizi izləyirdi. Yəni bilirdi ki, “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) komandiri haradadır, vururdu, müavinlər haradadır, vururdu. Yəni təkcə sayları deyil, həm də komandirlərin, ordu rəhbərliyinin, mühüm bölmələrin yerlərini bilirdi və hədəfli zərbələr endirirdi. Buna görə də o fikir ki, guya rəqib bilməsin, 2020-ci ildə artıq dağılıb. Ordumuzun yerləşdiyi yerlər, təminat yolları, mövqelər və s. hamısı izlənib, izlənir və izlənəcək, yəni belə fikir ki, ordudan danışmaqla vəziyyətimiz pisləşəcək... vəziyyət artıq 2020-ci ildən kritik şəkildə pis olub və 44 günlük müharibənin istintaq komissiyasında da bu barədə danışmışıq ki, rəqib hər şeyi bilirdi”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin