“2018-ci ilin mayına qədər Paşinyanı öz doğma qardaşım hesab edirdim, indi dostluğumuz davam edə bilməz” - Sarkisyan

2026/04/Ekran-1775473863.jpg
Oxunub: 381     15:17     06 Aprel 2026    
“Mən baş nazirlə ayrıca görüş keçirməmişəm, baş nazirlə münasibətlərim barədə danışmaq üçün imkanım olub-olmadığını bilmirəm, biz 2018-ci ilin mayına qədər, o, ölkənin baş naziri olanda, çox isti, dostluq münasibətlərində olmuşuq”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hayk Sarkisyan bildirib.

“Mən onu özümə doğma qardaş, böyük qardaş hesab etmişəm və münasibətlərimiz belə olub. Baş nazir olduqdan sonra bu münasibət davam edə bilməzdi, çünki sən dostuna istədiyin vaxt zəng edə bilmirsənsə, əlaqə itir və həmin dostluq davam edə bilməz, mən bunu normal hesab edirəm.

Əgər yaxın 10-20-30 il ərzində elə bir vəziyyət yaranarsa ki, Nikol Paşinyan baş nazir olmaz, biz yenidən dost ola bilərik, hazırda isə dostluğumuz faktiki olaraq davam etmir, yəni dostluq var, amma davam etmir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin