Erməni deputat: “Qoy Müdafiə Nazirliyinin rəhbər heyəti də həftədə bir dəfə çimsin, görüm bacarırlar? Bəs bizim ordu niyə belə etməlidir?”

2026/04/Ekran-1775473723.jpg
Oxunub: 452     15:06     06 Aprel 2026    
“İki ildir müdafiə nazirindən xahiş edirəm, deyirəm ki, orduda şəxsi heyət həftədə bir dəfə çimir, şərait yaradaq ki, hər gün çimsin”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hayk Sarkisyan bildirib.

“Məsələ haradan yaranıb? 2024-cü ildə deputatlardan biri qapalı görüşümüzdə məsələ qaldırdı ki, orduda sətəlcəmdən ölüm halı olmuşdu, yəqin ki, soyuq su ilə çimmişdi. Dedi ki, təkcə bizim orduda deyil, bir çox ordularda həftədə bir dəfə çimirlər. Onlarla ordunun təcrübəsini araşdırdım, bir çox ölkələrdə əsgərlər hər gün çimir. Ermənistanda, bir neçə Afrika ölkəsində və bənzər az inkişaf etmiş ölkələrdə həftədə bir dəfə çimirlər. Demişəm ki, bu əlavə xərc tələb etmir, təklif etmişəm, xahiş etmişəm ki, şərait yaradaq, bizim şəxsi heyət hər gün çimsin. İki il keçib, vəziyyət eyni qalıb. Bəli, indi bəzi yeni tikilmiş yerlər var, amma çox kiçik faizdir ki, şəxsi heyət hər gün çimə bilir, əksər hallarda isə bizim uşaqlar həftədə bir dəfə çimir.

Qoy Müdafiə Nazirliyinin rəhbər heyəti də həftədə bir dəfə çimsin, qoy bu problem həll olunana qədər özləri də həftədə bir dəfə çimsinlər, görüm bacarırlar? Bəs bizim ordu üçün niyə yaxşı şərait yaratmırıq? Mən bunu ilk dəfə açıq deyirəm, sadəcə artıq içimdə saxlaya bilmirəm”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin