İnternet azadlığının qlobal reytinqində Ermənistan 97-ci yeri tutub

2025/10/1761476356.jpg
Oxunub: 421     14:58     06 Aprel 2026    
“Cloudwards” tərəfindən tərtib edilən internet azadlığı reytinq cədvəlində Ermənistan mümkün 100 baldan 56 bal toplayaraq 164 ölkə arasında 97-ci yeri tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Gürcüstan daha yüksək nəticə göstərərək 64 bal ilə 81-ci yerdə qərarlaşıb. İran 4 bal ilə 163-cü yerdə qərarlaşıb və yalnız sıfır balı olan Şimali Koreyanı qabaqlayıb.

Reytinq hazırlanarkən internetdə siyasi və vətəndaş baxışlarını sərbəst ifadə etmək imkanı, həmçinin VPN xidmətlərinə, torrent saytlarına və böyüklər üçün nəzərdə tutulmuş məzmuna çıxış nəzərə alınıb.

Rusiya da reytinqdə 4 bal toplayıb və İran və Çinlə birlikdə internet azadlığı baxımından dünyanın ən pis ölkələri sırasında yer alıb.

İnternet azadlığının ən yüksək səviyyəsini 100 baldan 92 bal toplayan 11 ölkə nümayiş etdirib. Onların arasında Belçika, Danimarka, İslandiya, Yeni Zelandiya, Norveç, Slovakiya və Finlandiya var. Bu ölkələrdə söz azadlığına və sosial şəbəkələrə çıxışa məhdudiyyət yoxdur. Lakin bu ölkələrdə də torrent resursları ilə bağlı ayrı-ayrı problemlər qeydə alınır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İnternet  


Bizi "telegram"da izləyin