“KTMT Ermənistanla işində çox ehtiyatlı olmalıdır” - Lukaşenko

2026/03/1773423621.jpg
Oxunub: 451     14:51     06 Aprel 2026    
Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox ehtiyatlı və həssas davranmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

“Bilirsiniz ki, Ermənistan sanki KTMT-nin işində iştirak etmir, amma eyni zamanda təşkilatın tərkibində qalır. Çox korrekt olmaq lazımdır. Bu baxımdan Ermənistanda vəziyyət, xüsusən seçkiqabağı dövrdə mürəkkəbdir. Çox mürəkkəb vəziyyətdir. Ona görə də biz Ermənistanla münasibətlərdə çox ehtiyatlı və ayıq olmalıyıq”, - deyə Belarus lideri KTMT-nin baş katibi Talatbek Masadikovla görüşü zamanı bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Ermənistan  


Bizi "telegram"da izləyin