Ordu.az xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri yazıb.
Nəşr qeyd edir ki, onilliklər davam edən düşmənçilikdən sonra iki ölkə 1993-cü ildən bağlı olan sərhədin açılmasına çox yaxındır.
Məqalə müəllifi yazır ki, sərhədin açılması Ankara ilə münasibətlərin normallaşdırılmasına ardıcıl şəkildə çalışan Paşinyan üçün böyük siyasi qələbə olacaq. Əgər keçid məntəqələri iyunda keçiriləcək parlament seçkilərindən əvvəl istifadəyə verilərsə, bu, onun xeyrinə ciddi arqument olacaq. Uzun illərdir Paşinyan Türkiyə ilə yaxınlaşma və Qərbə inteqrasiya istiqamətində səylər göstərir.
“Hazırda iki ölkə arasında ticarət dolayı yollarla, Gürcüstan ərazisi üzərindən həyata keçirilir və illik həcmi təxminən 300-350 milyon dollar təşkil edir. Türkiyə-Ermənistan biznes şurasının rəhbəri Kaan Soyak hesab edir ki, birbaşa əlaqə malların dövriyyəsini 1 milyard dollara qədər artırmağa imkan verəcək.
Türkiyənin ən kasıb şərq vilayətləri sərhədin açılmasına böyük ümidlər bəsləyir. Yerli biznes ticarətin və turizmin artacağını gözləyir, o cümlədən Ermənistan diasporu hesabına. Əlavə stimul kimi “Tramp dəhlizi” (Zəngəzur dəhlizi-red.) də göstərilir ki, bu marşrut Azərbaycanı Naxçıvanla, daha sonra isə Türkiyə ilə birləşdirəcək”, - deyə nəşr bildirib.
Müəllif vurğulayıb ki, bununla belə, İrana qarşı müharibə prosesi ləngidib, yeni miqrasiya dalğası ilə bağlı narahatlıqlar sərhədin açılması üzrə danışıqları yavaşladıb.
Alpər Mövludoğlu
Ordu.az