Sarkisyanın partiyası: 2020-ci ilin 44 günlük fəlakətli müharibəsi təsadüf deyildi

2026/04/1775299201.jpg
Oxunub: 421     12:25     06 Aprel 2026    
“Biz, Ermənistan Respublikaçılar Partiyasının 18-ci qurultayının nümayəndələri:

Əminliklə bəyan edirik ki, 2020-ci ilin 44 günlük fəlakətli müharibəsi təsadüf deyildi, əksinə, Ermənistanın mövcud rəhbərliyinin anti-dövlət və avantürist idarəçiliyinin, xarici təhlükə və təhdidlərin düzgün qiymətləndirilməməsinin, “istənilən qiymətə sülh” saxta gündəliyinin irəli sürülməsinin, danışıqlar mövqelərinin ardıcıl zəiflədilməsinin və dövlət səviyyəsində məsuliyyətsiz siyasət aparılmasının qaçılmaz nəticəsi idi”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının 18-ci qurultayının qətnaməsində bildirilib.

Bildirilib ki, Ermənistan hakimiyyətini zəbt edənlərin sülh dövrü siyasi doktrinası nə təhlükəsizlik və sabitliyi təmin edib, nə də müsbət nəticə verib.

“Qeyd edirik ki, Ermənistanın hazırkı rəhbərliyinin siyasəti Konstitusiyanın, hüquqi və mənəvi normaların kobud şəkildə pozulması, dövlət maraqlarının arxa plana keçirilməsi və milli dəyərlərdən sistemli şəkildə uzaqlaşma ilə müşayiət olunub.

Etiraf edirik ki, müxalif milli qüvvələr, o cümlədən biz, lazım olan vaxtda geniş ümummilli hərəkat və siyasi birləşmə formalaşdıra bilmədik və bu boşluq dürüst qiymətləndirilməli və nəticələr çıxarılmalıdır”, - deyə məlumatda qeyd edilib.

Vurğulanıb ki, 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində Respublikaçılar Partiyasının birbaşa iştirak etməməsi qərarı əsaslandırılıb.

“Bəyan edirik ki, seçkilərin legitimliyi yalnız səsvermə günü ilə deyil, ondan əvvəl formalaşan mühitlə müəyyən olunur. Bir daha təsdiq edirik ki, Ermənistanın baş nazirinə etimadsızlıq göstərilməsi üçün konstitusion yol partiyamız üçün hakimiyyət dəyişikliyinə nail olmaq prosesinin gündəliyində qalır”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin