“Lebanon 24”: İsrail HDQ-nin Beyrutun ətrafına endirdiyi zərbə nəticəsində 4 livanlı həlak olub

2026/04/1775461539.jpg
Oxunub: 363     11:47     06 Aprel 2026    
Beyrutun şərqində yerləşən Ayn Saade qəsəbəsinə endirilən İsrail zərbəsi nəticəsində dörd nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

“Lebanon 24” xəbər portalının məlumatına görə, raketlər İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidən buraxılıb və “Tilal” yaşayış kompleksində yerləşən iki mənzilə istiqamətlənib.

Həlak olanlardan ikisinin kimliyi artıq müəyyən edilib, onlar yerli xristian “Livan Qüvvələri” partiyasının fəalı Pyer Muavvad və onun həyat yoldaşıdır. Daha iki cəsəd və bir neçə yaralı şəxs yuxarı mərtəbədə yerləşən mənzildə aşkar edilib. Həmin mənzil yaxın zamanda məcburi köçkünlərə icarəyə verilmişdi və onların ehtimal ki, “Hizbullah” hərəkatının üzvləri olduğu bildirilir. Məlumata görə, məhz həmin mənzildə “Hizbullah” rəhbərlərinin görüşü keçirilirmiş. Zərbədən az əvvəl iştirakçılardan biri motosikletlə binanı tərk etməyə nail olub.

Bundan əvvəl Ayn Saadeyə yaxın yerləşən əl-Mənsuriyə şəhəri ərazisində bir avtomobilə də zərbə endirilmişdi. İsrail Hərbi Dəniz Qüvvələrinin bu hücumunun nəticələri ilə bağlı əlavə məlumat verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin