ABŞ-nin Ticarət və İnkişaf Agentliyi missiyanın Azərbaycana səfər edəcəyi tarixi açıqlayıb

2025/09/1758085450.jpg
Oxunub: 355     09:22     06 Aprel 2026    
ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (USTDA) 15–22 aprel tarixlərində Azərbaycana missiya səfəri təşkil edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq USTDA-dan bildirilib.

“USTDA-nın Azərbaycana planlaşdırılan missiya səfərinin əsas məqsədi ölkə hökuməti ilə yerli infrastruktur sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Əsas potensial istiqamətlərə enerji və rəqəmsal infrastruktur daxildir. USTDA-nın Azərbaycan üzrə meneceri agentlik tərəfindən maliyyələşdirilən texniki ekspertlər qrupuyla birlikdə səfərə qatılacaq, aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşərək agentliyin dəstək verə biləcəyi potensial layihələri müzakirə edəcək. Səfərin təsdiqlənmiş tarixləri - 15–22 apreldir”, – agentlikdən qeyd edilib.

USTDA-da vurğulanıb ki, səfərin məqsədi infrastruktur layihələrinin yerli iştirakçıları, ilk növbədə dövlət nümayəndələri ilə qarşılıqlı əlaqə qurmaq və birgə əməkdaşlıq imkanlarını araşdırmaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin