Overçuk: “Ermənistan Avropa İttifaqına üzv olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

2025/06/1751136534.jpg
Oxunub: 563     18:39     05 Aprel 2026    
Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk xəbərdarlıq edib ki, Ermənistan Avropa İttifaqına üzv olacağı halda Rusiya ilə hava əlaqəsi olmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Hazırda Avropa İttifaqı ölkələri ilə hava əlaqəsi yoxdur, deməli, bizim Ermənistanla da hava əlaqəmiz olmayacaq”, - deyə o, “Birinci kanal”ın efirində vurğulayıb.

Overçuk qeyd edib ki, Ermənistan vətəndaşları rəsmi İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma barədə qəbul etdiyi qərarın mümkün nəticələrini dərk etməlidirlər.

“Bəlkə də bu, çox sərt səslənir, amma biz istəyirik ki, Ermənistanda insanlar başa düşsünlər - əgər bu baş verərsə, bu, Avropa İttifaqı ilə yaxınlaşma qərarlarının qəbul edilməsi səbəbindən baş verəcək”, - deyə Rusiyanın Baş nazirinin müavini bildirib.

Eyni zamanda, Overçukun sözlərinə görə, Ermənistan üçün Avropa İttifaqına üzvlüyün sonda nə ilə nəticələnəcəyi naməlum olaraq qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin