“Moskva İrəvanla qarşıdan gələn seçkiləri müzakirə etmək hüququnu özündə saxlayır” - Peskov

2025/08/1754393623.jpg
Oxunub: 494     14:43     05 Aprel 2026    
“Moskva İrəvanla Ermənistanda qarşıdan gələn seçkiləri və erməni tərəfinin gələcək planlarını müzakirə etmək hüququnu özündə saxlayır”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz tərəfdaşlarımızla izah etməyə çalışmaq, onların planlarını həqiqətən müzakirə etmək hüququnu özümüzdə saxlayırıq [qarşıdan gələn seçkilər kontekstində]”, - deyə Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi həmçinin qeyd edib ki, Rusiya və Ermənistan yaxın ölkələrdir və Moskva Ermənistan rəhbərliyinin istiqamətləri ilə bağlı böyük maraq göstərir.

“Ermənistan bizim üçün yaxın ölkədir, onunla dərin tarixi köklərimiz var. Burada 2 milyondan çox insanın yaşadığı böyük erməni diasporu mövcuddur. Buna görə də Ermənistan rəhbərliyinin seçdiyi istiqamətlər bizim üçün böyük maraq kəsb edir”, - deyə Peskov bildirib.

Daha əvvəl, aprelin 1-də Kremlin binasında Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin ümid etdiyini bildirmişdi ki, Ermənistanın rusiyapərəst siyasi qüvvələri seçkilərdə iştirak edə biləcəklər.

Rusiya rəhbəri həmçinin qeyd etmişdi ki, “onların çoxu azadlıqda deyil, halbuki Rusiya pasportlarına malikdirlər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan  


Bizi "telegram"da izləyin