Ordu.az xəbər verir ki, bu barədə “Vesti”nin jurnalisti Pavel Zarubinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Sizin AİB formasında inteqrasiyanız var. Və siz orada pul qazanırsınız, özü də az deyil. AİB-yə üzvlüyünüz hazırda sizə sürətli templərlə inkişaf etməyə imkan verir, bu templər MDB üzrə orta göstəricidən xeyli yüksəkdir, həmçinin bizimkilərdən, Rusiya Federasiyasındakından da daha yüksəkdir”, - deyə Kreml nümayəndəsi bildirib.
Kreml nümayəndəsi vurğulayıb ki, İrəvan AİB və Avropa İttifaqında eyni vaxtda olmağın mümkün olmadığını anlayır və bu vacibdir.
Alpər Mövludoğlu
Ordu.az