Peskov: “Moskva Qarabağ məsələsi müzakirə olunarkən Rusiyaya artıq istinad edilməməsini istəyir”

2025/11/1762943553.jpg
Oxunub: 539     14:35     05 Aprel 2026    
“Moskva Qarabağ məsələsi müzakirə olunarkən Rusiyaya artıq istinad edilməməsini istəyir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Putinin və Rusiyanın istədiyi yeganə şey odur ki, bu məsələ müzakirə edilərkən bizi artıq xatırlamasınlar”, - deyə Peskov “İS Vesti”nin müəllifi Pavel Zarubinə bildirib.

Xatırladaq ki, aprelin 1-də Kremlin binasında Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, İrəvan Qarabağı Rusiyanın ali rəhbərliyinin bəyanatlarından sonra Azərbaycanın tərkibində tanıyıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Rusiya  


Bizi "telegram"da izləyin