Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan hakim partiya üzvlərinə yeni tapşırıq verib” başlıqlı məqaləsində yazıb.
“Partiyadakı mənbəmizin bildirdiyinə görə, tapşırıq onlara birbaşa deyil, idarə heyətinin üzvləri vasitəsilə çatdırılıb və həmin üzvlərə deputatlar və vəzifəli şəxslərlə görüşlər keçirmək, tapşırıqları ötürmək göstərişi verilib. Buna əsasən, Paşinyan ilk növbədə partiya daxilindəki çəkişmələrin dayandırılmasını tələb edib, qeyd edib ki, partiyanın siyahısı artıq demək olar hazırdır, seçkilər keçirilib və siyahıda ciddi dəyişikliklərin olması ehtimalı azdır”, - deyə nəşr qeyd edib.
Müəllif yazıb ki, “Vətəndaş Müqaviləsi”ndə seçki siyahısının ilk mərhələsinin nəticələrindən narazılıq var.
“Bir çox deputatlar siyahının arxa sıralarında yer alıblar və deputat seçilə biləcəklərinə əmin deyillər. Paşinyan heç kəsi diqqətdən kənarda qoymayacağına söz verib və parlament seçkilərindən sonra hər kəs üçün uyğun iş tapılacağını bildirib.
O, həmçinin yerli qərargahlarda və sosial şəbəkələrdə fəaliyyətin kəskin şəkildə artırılmasını tapşırıb, müxalifətin və ictimai rəy formalaşdıranların bütün şərhlərinə cavab verilməsini, heç nəyin diqqətdən kənarda qalmamasını və guya vəziyyətə nəzarət etdiklərini göstərməyi tələb edib. Xüsusi olaraq vurğulayıb ki, passiv olanlar cəzalandırılacaq”, - deyə nəşr vurğulayıb.
Nəşrin mənbəsi bildirib ki, idarə heyətinin üzvləri bu günlərdə ayrı-ayrılıqda deputatlar və vəzifəli şəxslərlə görüşlər keçirir və ya telefonla əlaqə saxlayırlar, Paşinyanın tələblərini çatdırırlar, həmçinin parlament seçkiləri kampaniyası zamanı kimin necə işlədiyini müəyyənləşdirmək üçün inventarlaşdırma aparırlar.
“Bu siyahılar əsasında gələcəkdə kimin hansı vəzifəyə təyin olunacağı nəzərə alınacaq”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az