Erməni politoloq: “Bu gün Ermənistan tam şəkildə Azərbaycana təhvil verilib”

2026/04/1775384162.jpg
Oxunub: 524     14:19     05 Aprel 2026    
“Biz xalqımızı cəhənnəmdən keçirərək sülh dayanacağına çatdırmışıq, bunu Nikol Paşinyan bəyan edir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hakob Badalyan yazıb.

“Bu fikrin interpretasiyasını da elə özü verib ki, guya suveren Ermənistan naminə şüurlu qurban verilib. Təəssüf ki, bu “tezis”in istehlakçıları var, üstəlik, bu “tezis”in rəsmi formalaşdırılmasından xeyli əvvəl, illər öncə də olub. Elə “səthi düşünənlər” var ki, Paşinyandan əvvəl də hesab edirdilər ki, Qarabağ məsələsi Ermənistanın “boynuna salınmış ipdir”, onsuz isə Ermənistan müstəqil və suveren olacaq.

Praktikada isə məhz bu gün, məhz bu anda aydındır ki, bu belə deyil, Qarabağ olmadan Ermənistan nə müstəqil, nə də suverendir, əksinə, boş və müdafiəsizdir. Məsələ onda deyil ki, Qarabağ Ermənistanın “müdafiəçisi” idi. Qarabağ Ermənistan dövlətçiliyini faktor edən məsələ idi, bir nailiyyət, arqument idi ki, bunun sayəsində Ermənistan bugünkündən daha qorunan vəziyyətdə idi”, - deyə o qeyd edib.

Badalyan bildirib ki, bu gün Ermənistan tam şəkildə Azərbaycana təhvil verilib.

“Diqqət edin, hətta Türkiyəyə də yox, məhz Azərbaycana.

İyunda keçiriləcək seçkilər onunla bağlıdır ki, Azərbaycanın təsirindən kənarda Ermənistanın mövcudluğu mümkündürmü, yoxsa yox. İyunun 7-də heç bir geosiyasi istiqamət və ya buna bənzər başqa məsələ yoxdur. Yalnız bir sual var: Ermənistan iqtisadiyyatdan başlayaraq siyasətə, təhlükəsizliyə və sivilizasiya xarakterinə qədər öz müstəqil gündəliyini, hüququnu, marağını və subyektliyini formalaşdıra biləcəkmi, yoxsa Ermənistan getdikcə daha çox “cəhənnəmdən keçmiş” və Azərbaycanın əlində olan obyekt kimi formalaşdırılacaq?”, - deyə erməni politoloq vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Badalyan   Ermənistan  


Bizi "telegram"da izləyin