Ordu.az “Novosti-Qruziya” nəşrinə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı DTX-nin sədr müavini Laşa Maqratdze bildirib.
“Məxfi əks-kəşfiyyat departamentinin əməkdaşları intensiv rejimdə əks-kəşfiyyat və müvafiq operativ tədbirlər həyata keçirirlər. Məqsəd xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin aşkar edilməsi və müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb olunmasıdır. Bu istiqamətdə aparılan istintaq tədbirləri nəticəsində saxta rəsmi sənəddən istifadə etməkdə təqsirləndirilən xarici ölkə vətəndaşını saxlamışıq”, - deyə Maqratdze qeyd edib.
Onun sözlərinə görə, saxlanılan şəxs başqa dövlətə məxsus saxta pasportdan istifadə edib və qanunsuz şəkildə iri həcmli daşınmaz əmlakı ələ keçirməyə cəhd göstərib. Xüsusilə, o, başqa şəxsin adına notariat əməliyyatı rəsmiləşdirmək və üçüncü şəxsə Gürcüstanda qeydiyyatdan keçmiş daşınmaz əmlakı idarə etmək hüququ vermək niyyətində olub.
Maqratdze saxlanılan şəxsin hansı ölkənin vətəndaşı olduğunu və ya hansı dövlətin maraqları naminə fəaliyyət göstərdiyini dəqiqləşdirməyib.
İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 362-ci (saxta sənəddən istifadə) və 19-180-ci (iri həcmli dələduzluğa cəhd) maddələri ilə aparılır. Təqsirləndirilən şəxsi 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Alpər Mövludoğlu
Ordu.az