Paşinyanın iştirak etdiyi ayində insident: “Ayıb olsun sizə, xain”

2026/04/1775382642.jpg
Oxunub: 546     13:49     05 Aprel 2026    
İrəvan şəhərində yerləşən Müqəddəs Qriqor Lusavoriç kilsəsində insident baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ayini icra edən erməni yepiskop Anuşavan Jamkoçyanın çıxışı zamanı iştirak edən dindarlardan biri “Ayıb olsun sizə, xain” deyə qışqırıb.

Ermənistan KİV-ləri qeyd edir ki, bu kilsədə “Müqəddəs Diriliş” ayinində Ermənistan Baş naziri Nikol Paşinyan, prezident Vahaqn Xaçatryan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kilsə  


Bizi "telegram"da izləyin