Ermənistanın ilk XİN rəhbərinin partiyası seçkilərdə iştirak etməyəcək, Karapetyanı dəstəkləyəcək

2025/12/1766559168.jpg
Oxunub: 526     22:40     04 Aprel 2026    
“Milli-azadlıq dəyərlərinə əsaslanaraq, həyata keçirdiyimiz fəaliyyətə və yayımlanan siyasi bəyanatlara söykənərək, “İrs” partiyasının qurucusu Raffi K. Hovhannisyanın ictimai çıxışlarını və beynəlxalq platformalarda apardığı ardıcıl fəaliyyəti qiymətləndirərək qeyd edirik”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ilk xarici işlər naziri qurucusu Raffi K. Hovhannisyanın “İrs” partiyası bildirib.

“A. Davam edən vətənpərvərliyin saxtalaşdırılması, milli özünüdərkin və məqsədlərin zəifləməsi, kimliyimizin ən mühüm sütunu olan Erməni Apostol Kilsəsinin hüquqlarının tapdanması, on minlərlə taleyin itirilməsi və məhv edilməsi, birlik anlayışının pozulması və dəyərsizləşdirilməsi, süni sistemlərin dövr etməsi fonunda Ermənistan açıq şəkildə mövcudluq baxımından fəlakətin astanasındadır.

Yuxarıda qeyd olunanlar və digər amillər hələ də hakim olan qrupun bacarıqsız fəaliyyətsizliyinin nəticəsidir, son dövrlərdə isə açıq şəkildə cinayət xarakterli, demokratik dəyərlərlə əlaqəsi olmayan fəaliyyətin nəticəsinə çevrilib. Özünü yenidən istehsal etmək ehtirası zaman, kimlik, milli birlik, inam və ləyaqət kimi vacib olan hər şeyi məhv edib.

B. Yaranmış mövcudluq böhranı qarşıdakı ümumrespublika seçkilərinin rəsmi başlanmasına qədər bizdən və siyasi sahədə məsuliyyət daşıyan qüvvələrdən tələb edir:

dəqiq hazırlanmış və siyasi baxımdan düzgün hesablanmış qarşı tədbirlər planı – ölkə-diaspor həmrəyliyi çərçivəsində ümummilli birliyin açıq ifadəsi,
növbəti vətən itkilərinin qarşısının alınması, ləyaqətli sülh və yaradıcı fəaliyyət üçün qlobal resursların səfərbər edilməsi.

C. Dövlətçiliyin dağıdılmasına yönəlmiş siyasəti rədd edərək, erməni xalqının və erməniliyin problemlərinə yönəlmiş “İrs” partiyası qərara alır:

2026-cı il iyunun 7-də keçiriləcək Ermənistan parlament seçkilərində iştirak etməmək.

Mövcud daxili siyasi vəziyyəti nəzərə alaraq, partiyanın siyasi kapitalını və resurslarını qiymətləndirərək, “milli xeyriyyəçi” (erməni iş adamı-red.) Samvel Karapetyanın ətrafında formalaşan ümummilli birliyə dəstək verir və xalqın məhvinə səbəb olan görünməmiş fəlakətin təkrarlanmasında hər hansı şəkildə iştirak etməyi istisna edir.

Biz erməni xalqı, ölkə və Ermənistan qarşısında məsuliyyət daşıyırıq və borcluyuq”, - deyə partiyanın açıqlamasında qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin