Ərdoğan: "Türkiyə Ukrayna-Rusiya danışıqlarını dəstəkləyəcək"

2026/04/1775319757.jpg
Oxunub: 511     19:52     04 Aprel 2026    
Türkiyə gələcəkdə də Ukrayna ilə Rusiya arasında danışıqları dəstəkləyəcək.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.

"Ukrayna ilə Rusiya arasındakı danışıqlara Türkiyənin dəstəyi davam edəcək, regionda sülh və sabitliyə ehtiyac var", - Türkiyə Prezidenti bildirib.

Ərdoğan Türkiyənin Qara dənizdə naviqasiya təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini və enerji təchizatı təhlükəsizliyinin mühüm olduğunu diqqətə çatdırıb.

O, Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qərarlı olduğunu, bunun üçün lazımi addımları atmağa davam edəcəyini bildirib.

Görüşdə Ukraynanın Fars körfəz ölkələri ilə əlaqələrini inkişaf etdirməsi müsbət qiymətləndirilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Zelenski  


Bizi "telegram"da izləyin