Ermənistanda “Azadlıq” partiyası “Güclü Ermənistan”ı dəstəkləyəcək

2026/04/1775318796.jpg
Oxunub: 565     20:00     04 Aprel 2026    
“Azadlıq” partiyasının respublika idarə heyətinin genişləndirilmiş iclasında 2026-cı il parlament seçkilərində “Güclü Ermənistan Samvel Karapetyan ilə” siyasi qüvvəsini dəstəkləmək barədə qərar qəbul edilib.

Ordu.az xəbər verir ki, bu barədə partiya üzvü Hrant Baqratyan bildirib.

“Respublika idarə heyəti həmçinin 2026-cı il aprelin 19-da saat 14:00-da partiyanın qurultayını çağırmaq barədə qərar qəbul edib ki, seçkilər ərəfəsində partiyanın strategiyası və daxili təşkilati məsələlər müzakirə olunsun”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Partiya   Seçki  


Bizi "telegram"da izləyin