Paşinyan: "Biz Ermənistanı sülhə gətirərək geosiyasi tələdən çıxardıq"

2026/04/1775133982.jpg
Oxunub: 448     19:22     04 Aprel 2026    
Qarabağ hərəkatı Ermənistan Respublikasının yaradılmasına mane olan bir rıçaq idi.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan "Vətəndaş müqaviləsi" Partiyasının 8-ci növbədənkənar konfransında bildirib.

"Biz Qarabağ hərəkatının davam etməsinə yol verməmək iradəsini nümayiş etdirdik və Ermənistanı sülhə gətirdik. O, xalqımız üçün sərfəli görünürdü, ancaq əslində geosiyasi tələ idi", - Paşinyan deyib.

Onun sözlərinə görə, Qarabağ hərəkatı yalnız Ermənistan Respublikasının yaradılmasına mane olan rıçaq olub. "Biz Ermənistanı geosiyasi tələdən çıxardıq və xalqa söz verdiyimiz kimi, Ermənistanı sülhə gətirdik", - Baş nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin