Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Putinlə görüşdən sonra yükdaşıyanlar zərər görəcək” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, görüşdən dərhal sonra Rusiyanın kənd təsərrüfatına nəzarət üzrə federal xidməti “Rosselxoznadzor” Ermənistandan idxal olunan bəzi kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətlə bağlı narahatlığını ifadə edib.
“Qurumun rəhbəri Dankvert bildirib ki, Ermənistanın tətbiq etdiyi nəzarət Avrasiya İqtisadi Birliyinin tələblərinə uyğun deyil. Bu, xüsusilə kənd təsərrüfatı məhsullarına və güllərə aiddir. Üstəlik, ixrac mövsümü yaxınlaşdığı üçün yükdaşıyanlar ciddi problemlərlə üzləşəcəklər. Son günlər yükdaşıyanlar arasında belə söhbətlər gedir ki, yenidən sərhəddə növbələr yaranacaq, yoxlama adı ilə onların Rusiyaya daxil olması çətinləşdiriləcək və nəticədə erməni biznesi kifayət qədər ciddi zərərlər görəcək”, - deyə müəllif yazıb.
Nəşr qeyd edib ki, bütün bunların yalnız bir səbəbi var, Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərini korlamaq üçün hər şeyi edib və buna görə də Rusiyanın Ermənistan hakimiyyətini cəzalandırmaq üçün tədbirlər görməsi təbiidir.
Alpər Mövludoğlu
Ordu.az