Rus nəşri: Ermənistan müstəqillik illüziyası üçün nə ilə ödəniş edir?

2025/10/1761476356.jpg
Oxunub: 511     19:22     04 Aprel 2026    
İrəvanın Qərb paytaxtlarında alqış qazanmaq üçün nəzərdə tutulmuş son siyasi jesti Rusiyada qadağan olunmuş platformada baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Prokavkaz.news” nəşri “Ermənistan müstəqillik illüziyası üçün nə ilə ödəniş edir?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, Ermənistan parlamentinin sədri Alen Simonyan “Dojd” televiziya kanalında siyasi səbəblərlə təqib olunan şəxslərin Moskvaya ekstradisiya edilməyəcəyini vəd edib. Həmin “seçilmiş şəxslərin” müəyyən olunma meyarları açıqlanmayıb, lakin başqa bir məqam açıq şəkildə qeyd olunub: Ermənistan Rusiyada təhlükə hesab olunan hər kəs üçün toplanma mərkəzinə çevrilməyə hazırdır. Bu sadəcə bəyanat deyil, bu, Rusiya ilə əlaqələrin nümayişkaranə şəkildə qırılmasıdır.

Erməni politoloq Beniamin Matevosyanın fikrincə, müsahibə üçün Rusiyada xarici agent elan edilmiş və Kremlə kəskin şəkildə qarşı çıxan media platformasının seçilməsi məqsədli siyasi jest olub.

“Reaksiya isə dərhal verilib. Avropa paytaxtlarından artıq təsdiqedici alqışlar eşidilir. Mərhum Navalnının tərəfdarları, dünyanı “doğru” və “yanlış” kateqoriyalarına bölməyə alışmış insanlar, tələsik Ermənistanı “doğru ölkə” kimi təqdim etməyə başlayıblar. Onların fikrincə, Qazaxıstan səhv edib, İrəvan isə düzgün yol seçib. Artıq “Ermənistan turu” tədbirlərinin təşkil olunacağı da elan edilib.

Sual isə budur: İrəvan kimi qəbul etməyə hazırdır? Xodorkovski, Kara-Murza, Kasparov kimi adi müxaliflərdən istisnadır. Onlar artıq “mühacir hökumət” tipli qurumlarda özlərini sınayıblar. Daha təhlükəli təşkilatlardan da söhbət gedir. Rusiyada arzuolunmaz hesab edilən “Azad xalqlar liqası” Başqırdıstanda, Buryatiyada, Tatarıstanda, Çeçenistanda və Yakutiyada fəaliyyət göstərən 15 separatçı hərəkatı birləşdirir. Onların maraqlarını isə liqanın qurucularına görə Litva, Böyük Britaniya və Ukraynada yaşayan mühacirlər təmsil etməlidir. Rusiya Baş Prokurorluğu açıq şəkildə bildirib ki, bu təşkilatın fəaliyyəti ölkənin konstitusiya quruluşunun əsaslarına təhlükə yaradır. İndi isə həmin şəxslərin Ermənistana daxil olmasına icazə verilə bilər. Və bu, Ermənistan hakimiyyətinin təşviqi fonunda baş verir ki, o da, şübhəsiz, hadisələrin sonrakı inkişafını xüsusi maraqla izləyəcək”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, lakin təkcə separatçılar olmayacaq.

“Özlərini insan hüquqları müdafiəçiləri adlandıran, amma əslində diversiya fəaliyyəti ilə məşğul olan təşkilatlar artıq uzun müddətdir Ermənistanda fəal şəkildə fəaliyyət göstərirlər. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi, Xodorkovskinin “Kovçeg” layihəsi, “Rassvet” layihəsi, Akunin və Makareviçin “Əsl Rusiya” təşəbbüsü və digərləri USAID-dən, Britaniya fondlarından və Rusiyada qadağan olunmuş digər təşkilatlardan qrantlar alırlar. Onlar hakatonlar keçirir və cəlb olunan yeniyetmələr üçün nəticələri nəzərə almadan gənclərə fərqli düşüncə əsaslı aktivizm texnika və texnologiyalarını öyrədirlər. Məsələn, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts, eyni zamanda Paşinyanın yaratdığı Konstitusiya islahatları şurasının üzvüdür. Bu təsadüfdürmü? Çətin ki.

Belə bir təəssürat yaranır ki, İrəvan Moskva ilə əvvəlki əlaqələrin qırılmasının monetizasiya edilə biləcəyini düşünür. Qərb qrantları, relokantlara dəstək və “alternativ demokratik platforma” imicinin yaradılması 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində hakim partiyanın mövqelərinin möhkəmləndirilməsinə xidmət edir.

Lakin bir maneə var. Relokantlar Ermənistanı tərk edirlər. Yüksək həyat xərcləri və iş imkanlarının məhdudluğu reallığı “azad Ermənistan”ın romantik obrazından daha sərt edir. Və indi hiss olunur ki, Ermənistan parlamentinin sədrinin verdiyi vəd daha çox humanitar jestdən çox yeni kadrların və ən əsası yeni maliyyənin cəlb olunmasına yönəlmiş addımdır”, - deyə məqalədə qeyd edilib.

Müəllif sual ünvanlayıb ki, bəs bütün bunların qiyməti nədir?

“Başqaları ilə strateji münasibətlərin qurulması, halbuki əsrlər boyu Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı Rusiya olub. Eyni zamanda ölkənin geosiyasi eksperimentlər meydanına çevrilməsi riski də mövcuddur, burada “real Ermənistan” və “dördüncü respublika” kimi cəlbedici şüarların arxasında konkret şəxslər başqalarının məqsədləri və başqalarının maliyyəsi ilə dayanır.

Və İrəvan Rusiyanın dağılmasını arzulayanlara qapılarını açarkən, bir sual qalır: bunun müqabilində Ermənistan özü nə əldə edəcək? Heç nə, yalnız Rusiya ilə münasibətlərdə növbəti gərginlik mərhələsi və bir gün bu “qastrolçuların” onlara İrəvanda səhnə verənləri xatırlayacağına dair illüziya...”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin