“Bu səslər mənim cibimdə deyil ki, çıxarıb müxalifətə verim” - Sarkisyan

2026/02/121d2-1770123610.jpg
Oxunub: 474     18:49     04 Aprel 2026    
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Hayastan” blokunun seçki baryerini asanlıqla keçməsini arzuladığını bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə qurultaydan sonra jurnalistlərə açıqlamasında deyib.

Sarkisyan qeyd edib ki, bu nəticə hamı üçün faydalı olardı.

“Bir çoxlarından daha çox istəyirəm ki, “Hayastan” bloku yalnız baryeri keçsin yox, onu asanlıqla keçsin. Bu, hamımızın xeyrinədir. Respublikaçılar Partiyasının seçicilərinin kimə səs verəcəyi hələ müəyyənləşməyib.

Bu səslər mənim cibimdə deyil ki, çıxarıb müxalifətə verim. Seçki kampaniyası zamanı tərəfdarlarımız özləri qərar verəcəklər. Proses zamanı konkret hansı qüvvələri dəstəkləyəcəyimiz aydın olacaq”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin