Ordu.az xəbər verir ki, bu barədə o, “Vətəndaş Müqaviləsi” Partiyasının 8-ci növbədənkənar qurultayında çıxışında bildirib.
“Biz Ermənistanı geosiyasi tələdən çıxarmışıq və ölkəni sülh dayanacağına çatdırmışıq. Biz bununla fəxr etməliyik, çünki bütün siyasi qüvvələr buna nail ola bilmir. Biz cəhənnəmdən keçmişik, xalqımızı cəhənnəmdən keçirmişik və xalqımızla birlikdə bu sülhə sahib çıxmalıyıq”, - deyə o bildirib.
Paşinyan komanda yoldaşlarına Roma Papası Fransisk ilə olan dialoqundan da danışıb.
“Papa Fransisk deyir ki, bizi şəhid xalq kimi tanıyırlar. Mən də deyirəm ki, amma mən özümün və hökumətimizin missiyasını bundan sonra şəhid xalq olmamaqda görürəm. O deyir, bəli, amma biz erməniləri şəhid xalq kimi tanıyırıq, mən deyirəm, bəli, müqəddəs ata, amma mən özümün və hökumətimizin missiyasını onda görürəm ki, biz artıq şəhid xalq olmayaq. Bundan sonra Roma Papası deyir ki, hə, amma tarixən siz şəhid xalqsınız, mən deyirəm ki, bəli, müqəddəs ata, amma biz tarixin bu gedişini dəyişmək istəyirik və mən özümün və hökumətimizin missiyasını onda görürəm ki, biz artıq şəhid xalq olmayaq.
Bundan sonra daha təəccüblü bir şey baş verir. Bir növ mübahisə gedir, o deyir ki, yox, siz şəhid xalqsınız, mən deyirəm, bilirsiniz nə var, yox, biz tarixi taleyimizi dəyişməliyik. Bir anda o deyir, yaxşı düşünübsünüz ki, artıq şəhid xalq olmaq istəmirsiniz? Mən deyirəm, bəli, yaxşı düşünmüşük. Roma Papası fikrə gedir, pauza verir və deyir ki, bəs nə ilə məşğul olacaqsınız? Və həmin anda bəli, çox sadə, amma yəqin ki, tarixi cavab səslənir - sadəcə yaşayacağıq, sadəcə yaşayacağıq, sadəcə dövlət quracağıq”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az