Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürəcək.
Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu qərar bu gün keçirilən partiyanın növbədənkənar qurultayında qəbul edilib.
Məlumata görə, qurultay zamanı partiya üzvləri yekdilliklə Paşinyanın namizədliyini dəstəkləyib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Paşinyan
Ermənistan