Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, məsləhətləşmələr Ermənistan XİN başçısının müavini Vahan Kostanyan və Gürcüstan XİN başçısının müavini Laşa Darsalianın rəhbərliyi ilə baş tutub.
“Görüş zamanı tərəflər iki ölkə arasında yüksək və ali səviyyədə qarşılıqlı səfərləri, strateji tərəfdaşlıq münasibətlərini və müxtəlif sahələrdə əməkdaşlığın inkişafını müzakirə ediblər.
İqtisadiyyat, energetika, nəqliyyat, ticarət və investisiyalar, turizm, elm və təhsil, mədəniyyət sahələri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərinə də toxunublar”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az