Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, müxalifət nümayəndələri tez-tez “sizin təminatçınız kimdir, Azərbaycanmı?” sualını səsləndirirlər və məsələnin mahiyyətini anlamırlar.
Simonyanın sözlərinə görə, Azərbaycanın təhlükəsizliyinin ən böyük təminatçısı Ermənistadır, Ermənistanın təminatçısı isə Azərbaycandır.
“Onlar nə danışdıqlarını belə anlamırlar. Dünyanın müxtəlif yerlərində yeni başlayan, davam edən və dərinləşən müharibələrin fonunda Ermənistan və Azərbaycan elə bir mərhələyə gəlib çatıb ki, indi bunu möhkəmləndirməliyik.
Bir çox qüvvələr hər iki ölkəni yenidən qarşıdurmaya sürükləməyə çalışır. Bu, açıq-aydın görünür və hətta bu barədə ayrıca danışmağa belə ehtiyac yoxdur”, - deyə Simonyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az