Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının 18-ci qurultayında Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bildirib.
Sarkisyan bildirib ki, 2018-ci ildə hakimiyyətin ələ keçirilməsindən sonra ordunun məqsədli şəkildə nüfuzdan salınması və zəiflədilməsi çərçivəsində Ermənistan rəhbərliyi Aprel döyüşləri ilə bağlı mənfur manipulyasiyaları davam etdirib, daha sonra istintaq komissiyası yaradılıb və nəticədə həmin iddiaların yalan, saxtakarlıq və böhtan olduğu üzə çıxıb.
Ermənistanın üçüncü prezidenti vurğulayıb ki, 2020-ci il müharibəsi genişmiqyaslı olub, fəlakətli nəticələrə gətirib çıxarıb və bir qorxaq populistə görə guya ona xəyanətkar deməsinlər deyə dayandırılmayaraq 44 gün davam edib.
“Dünyada yazılmamış bir qanun var, kapitulyasiya edən ölkənin rəhbəri istefa verməlidir. Əks halda ölkə bərpası mümkün olmayan və qeyri-mütənasib itkilər verir. Təəssüf ki, Ermənistan rəhbəri dövləti qorumaq əvəzinə öz kreslosunu qorumağı seçdi və biz, təəssüf ki, bir hissəni itirdik. Digər hissəyə, Ermənistana isə hələ də təhlükə qalmaqdadır”, - deyə Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az