“Qazın qiyməti dəyişməyəcək, çünki Ermənistan AİB üçün çox vacibdir” - Papoyan

2026/02/1770373521.jpg
Oxunub: 445     14:45     04 Aprel 2026    
“Mən hesab edirəm ki, qazın qiyməti dəyişməyəcək, çünki düşünürəm ki, tərəfdaşlarımız üçün Ermənistanın həm KTMT-də, həm də AİB-də qalması vacibdir”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün “Vətəndaş Müqaviləsi” partiyasının növbədənkənar qurultayından əvvəl jurnalistlərlə brifinqdə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

O, parlament sədri Alen Simonyanın bir qədər əvvəl səsləndirdiyi “Əgər Rusiya Ermənistana qarşı sərt addımlar atsa və məsələn qazın qiymətini qaldırsa, Ermənistan da öz qərarını verərək həm AİB-dən, həm də KTMT-dən çıxacaq” fikrinə münasibət bildirib.

“Əgər Ermənistan bu üstünlükləri əldə etməyəcəksə, o zaman niyə həmin ittifaqda qalmalıdır, başqa bir ittifaqa daxil olma prosesi daha sürətlə başlaya bilər.

Ermənistan AİB-yə qoşulmazdan əvvəl nə baş verirdi? Heç nə. Əslində, AİB-yə daxil olduqdan sonra Ermənistan iqtisadiyyatında astronomik artım qeydə alınmayıb. Xatırladım ki, 2013-2016-cı illərdə Ermənistanda iqtisadi artım 1-2 faiz olub. AİB-də müsbət inkişaflar bundan sonra başlayıb və bunun AİB ilə birbaşa əlaqəsi yoxdur, daha çox iqtisadiyyatımızın daxili inkişafı ilə bağlıdır.

Məsələn, Gürcüstan Rusiya ilə necə işləyir, yaxud Özbəkistan və ya Azərbaycan? Onlar AİB üzvü deyil.

Nəticə etibarilə Ermənistan AİB-ə çox şey verir, o cümlədən Ermənistan ərazisindən çoxlu məhsullar AİB məkanına daxil olur ki, bu da həmin ittifaq üçün vacibdir. Mən demək istəyirəm ki, gəlin öz əhəmiyyətimizi qiymətdən salmayaq”, - deyə o bildirib.

Papoyan, həmçinin qeyd edib: “Bu dünyada heç nə pulsuz deyil, o cümlədən qazın qiyməti. Ermənistanda qazın qiymətinin 185 dollar olması da heç də səbəbsiz deyil”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Ermənistan  


Bizi "telegram"da izləyin