“Azərbaycan Ermənistandan folqa idxalı üçün müraciət edib və qiymət soruşub” - Papoyan

2026/02/1770633442.jpg
Oxunub: 485     14:43     04 Aprel 2026    
“Azərbaycan mənşəli 1-2 məhsul, benzin və dizel yanacağı Ermənistana daxil olub, eyni zamanda Azərbaycan ərazisindən demək olar ki, hər gün müxtəlif məhsullar keçir”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün “Vətəndaş Müqaviləsi” partiyasının növbədənkənar qurultayından əvvəl jurnalistlərlə brifinqdə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

“Məsələn, supermarket şəbəkələrindən biri olan “Nor Zovk” müraciət edib ki, Azərbaycan ərazisindən irmək gətirsin, başqa bir təşkilat müraciət edib ki, rus kömürü gətirsin, digəri taxıl gətirir, bir başqası artıq gübrə gətirir. Bu, artıq çox adi hala çevrilib. Mən artıq məhsul növlərinin siyahısını saymağı itirmişəm”, - deyə o bildirib.

Ermənistanın Azərbaycana ixrac edə biləcəyi məhsulun olub-olmaması barədə suala Papoyan müsbət cavab verib: “Belə məhsul var, konkret olaraq folqa ilə bağlı müraciət olub və həmin folqa üçün Azərbaycan tərəfi konkret qiymət soruşub, bizim istehsalçı isə cavab verib. Yəni bildiriblər ki, müəyyən qalınlıqda folqa bizi maraqlandırır, hansı həcmdə, hansı müddətdə və hansı qiymətə təqdim edə bilərsiniz? Bizim istehsalçı həcmi və qiyməti təqdim edib, hələ cavab almamışıq”, - deyə erməni nazir bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Ermənistan  


Bizi "telegram"da izləyin